Joinora ilə bağlı ən çox verilən suallar. Cavabınızı tapa bilməsəniz, [email protected] yazın — 24 saat ərzində cavab veririk.
Joinora — toy, nişan, xına gecəsi, ad günü və korporativ tədbirlər üçün premium dijital dəvətnamə platformasıdır. AI 3 dəqiqəyə tam dəvətnamə saytı yaradır: dizayn, mətn, RSVP forması, qonaq siyahısı və paylaşmaq üçün hazır link. Sayt sənin tədbirin üçün şəxsi URL-də yerləşir (joinora.app/i/sənin-linkin) və qonaqlar WhatsApp, iMessage və ya QR kod ilə açırlar.
Üç addım: 1) Tədbiri qısaca təsvir edirsən (ad, tarix, yer, ton). 2) AI sənin üçün mətn yazır, dizayn seçir və ön baxış yaradır. Hər mətni, rəngi və şəkli redaktor-da dəyişə bilərsən. 3) Ödə, link al, qonaqlara göndər. RSVP-lər real vaxtda dashboard-da görünür.
Azərbaycandan: Standart 14.99 AZN, Premium 24.99 AZN. Xaricdən: Standart $14.99, Premium $24.99. Hər ödəniş **birdəfəlikdir** — aylıq abunəlik, gizli xərc yoxdur. Standart 1 il aktiv, Premium uzadıla bilər.
**Standart (14.99 AZN)**: ictimai link və QR kod, ağıllı RSVP forması, qonaq siyahısı + CSV ixracı, 50 qonağa qədər, Joinora brendi alt-da qalır. **Premium (24.99 AZN)**: yuxarıdakı hər şey + Joinora brendi yoxdur, limitsiz qonaq, kinematik intro animasiya (qonaq açanda fərqli açılış), fon musiqisi, fərdi URL slug (məs. joinora.app/i/aysel-tural).
Azərbaycan dili və İngilis dili tam dəstəklənir. AZ-dan girənlər avtomatik Azərbaycan dilində açır, digərləri ingiliscə. AI dəvətnamə mətnini hər iki dildə yaza bilir — sən dəyişdirə bilərsən. Qonaqlar üçün isə dəvətnamə yaratdığın dildə görünür.
Bəli. Hər ödənişdə **30 günlük pulu geri qaytarma zəmanəti** var. [email protected] yaz, order ID-ni de — refund 1-5 iş günü ərzində kartına qayıdır. Heç bir sual vermirik.
Hər dəvətnamə avtomatik RSVP formasıyla gəlir. Qonaqlar adını, sayını və əlavə yeməyi (varsa) yazır — sən dashboard-da real vaxtda görürsən. Premium-da hətta fərdi sahələr əlavə edə bilərsən (məs. "Avtomobil ilə gəlirsən?"). CSV-yə bütün siyahını ixrac et.
**Standart**: 50 qonaq. **Premium**: limitsiz. Limitə yaxınlaşırsansa, dashboard-da xəbərdarlıq görəcəksən və üst plana keçə bilərsən (fərqi ödə).
Premium-da bəli. joinora.app/i/aysel-tural və ya joinora.app/i/sennur-rovsen kimi adlandıra bilərsən. Standart-da link avtomatik yaradılır (məs. joinora.app/i/aysel-tural-3a21).
Visa, Mastercard, MIR (Pasha Bank Epoint vasitəsilə). Apple Pay və Google Pay yaxın günlərdə əlavə olunacaq. Azərbaycan kartı ilə ödəyəcəksənsə AZN, xarici kart ilə ödəyəcəksənsə USD görəcəksən.
Avtomatik: Azərbaycandan açanda **AZN**, xaricdən açanda **USD**. Eyni ödəniş gateway-i (Epoint) hər ikisini qəbul edir, kartından öz valyutasında çıxır.
**Standart**: 1 il. **Premium**: 1 il + sonsuz arxiv (link aktiv qalır, sən gələcəkdə də qonaqları görə bilərsən). Müddət bitəndən sonra refresh / yeniləmə təklif olunur.
Bəli. Bir hesabda istənilən sayda tədbir yarada bilərsən — hər biri ayrı dəvətnamə, ayrı link, ayrı RSVP. Hər tədbir üçün ayrı ödəniş (bir hesab altında).
30 gün ərzində refund istəyə bilərsən. 30 gündən sonra dəvətnaməni "Ləğv olundu" mesajı ilə yeniləyə bilərsən — qonaqlar avtomatik xəbərdar olurlar.
**Email**: [email protected] · **WhatsApp**: +994 55 343 11 05. İş günlərində 24 saat ərzində cavab veririk.
Sualınızı tapa bilmədiniz? Bizimlə əlaqə saxlayın.